COP29

“Futbolu inanılmaz edən budur - Belə qələbələr yaddaşlarda əbədi qalır”

“Futbolu inanılmaz edən budur - Belə qələbələr yaddaşlarda əbədi qalır”

“Lill”in baş məşqçisi Bruno Genesio Çempionlar Liqasının 2-ci turunda “Real” üzərində qazanılan qələbədən (1:0) danışıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı bunun üçün çox çalışdıqlarını bildirib:

“Biz bunun üçün çox çalışdıq. Bu iş sayəsində biz fanatlarımız və ailəmizlə inanılmaz emosiyalar paylaşa bilərik.

Futbolu inanılmaz edən də budur. Belə qələbələr yaddaşlarda əbədi qalır”.

Fransa klubu 3 xal toplayıb və Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Real” isə 3 xalla 17-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq