COP29

“Mən narahatam, hər şeyi yaxın zamanda düzəltməliyik”

4 Oktyabr 02:30 Çempionlar Liqası 501
“Mən narahatam, hər şeyi yaxın zamanda düzəltməliyik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 2-ci turunda “Lill”ə məğlubiyyətdən (0:1) sonra fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı yaradıcılıqda problemlərinin olduğunu bildirib:

“Yaradıcılıqda problemimiz var idi, topa sahiblik yavaş idi, ideyalar az idi. Açığı, bu matçda bizim üçün heç nə alınmadı.

Təəssüf ki, hisslər yaxşı deyildi. İdmanda uduzmaq olar, amma bu gün yaxşı hiss etmədik.

Mən narahatam. Ancaq öyrənmək və inkişaf etmək üçün bütün resurslarımız var. Biz hər şeyi yaxın zamanda düzəltməliyik”.

“Real” növbəti oyununu oktyabrın 5-də İspaniya çempionatında “Vilyarreal”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur
26 Noyabr 02:30 Uşaq gözləyirlər - FOTO