COP29

"Real" uduzdu, "Liverpul" qazandı - ÇL-də NƏTİCƏLƏR

"Real" uduzdu, "Liverpul" qazandı - ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçirilib,

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"su "Monako"nu qəbul edib. Matçın gedişində 2 top fərqli ilə öndə olsa da, Xorvatiya çempionu qələbəni əldən verib.

"Bavariya" səfərdə "Aston Villa"ya, "Real" isə "Lill"ə uduzub.

"Liverpul" "Boloniya"dan üstün olub. "Yuventus" isə 10 nəfərdə səfərdə "Leyptsiq" üzərində əzmkar qələbə qazanıb.

2 oktyabr

"Jirona" (İspaniya) - "Feyenoord" (Niderland) - 2:3

Qollar: Lopez, 19 (1:0), Herrera, 23-avtoqol (1:1), Milambo, 33 (1:2), van de Beek, 73 (2:2), Krejci, 79-avtoqol (2:3)

Qaçırılan penaltilər: Ueda, 36 ("Feyenoord"), Miovski, 67 ("Jirona")

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Atalanta" (İtaliya) - 0:3

Qollar: Cimsiti, 21, Lookman, 44, Bellanov, 48

"Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:0

Qollar: Duran, 79

"Benfika" (Portuqaliya) - "Atletiko" (İspaniya) - 4:0

Qollar: Aktürkoğlu, 13, Di Maria, 52-pen, Bak, 75, Kökçü, 84

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa) - 2:2

Qollar: Suçiç, 45+3 (1:0), Baturina, 66 (2:0), Salisu, 74 (2:1), Zakaria, 90-pen (2:2)

"Lill" (Fransa) - "Real" (İspaniya) - 1:0

Qol: David, 45+3-pen

"Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya) - 2:0

Qol: Mak Allister, 11, Salah, 75

"Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya) - 2:3

Qollar: Sesko, 30 (1:0), Vlahoviç, 50 (1:1), Sesko, 65-pen (2:1), Vlahoviç, 68 (2:2), Konseisao, 82 (2:3)

Qırmızı vərəqə: Di Qreqorio, 59 ("Yuventus")

"Şturm" (Avstriya) - "Brügge" (Belçika) - 0:1

Qol: Tzolis, 23

1 oktyabr

“Zalsburq” (Avstriya) – “Brest” (Fransa) - 0:4

“Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) - 1:1

“Arsenal” (İngiltərə) – PSJ (Fransa) - 2:0

“Barselona” (İspaniya) - “Yanq Boyz” (İsveçrə) - 5:0

“Bayer” (Almaniya) – “Milan” (İtaliya) - 1:0

“Borussiya” (Dortmund, Almaniya) – “Seltik” (Şotlandiya)- 7:1

“İnter” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) - 4:0

PSV (Niderland) – “Sportinq” (Portuqaliya) - 1:1

“Slovan” (Slovakiya) – “Mançester Siti” (İngiltərə) - 0:4

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu