“Bayer Leverkuzen”nin yarımmüdafiəçisi Florian Virtz Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu “Feyenoord”la oynanan oyunda (4:0) dubl edərək bu mükafata layiq görüldü.
O, səsvermədə Zaqreb “Dinamo”su ilə görüşdə pokerə imza atan “Bavariya”nın hücumçusu Harri Keyni, eləcə də “Atletiko Madrid”in futbolçusu Antuan Qrizmanı qabaqlayıb.