COP29

“Biz ləngiməməliyik, bu matçda hər şey bizim xeyrimizə oldu”

“Biz ləngiməməliyik, bu matçda hər şey bizim xeyrimizə oldu”

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının ilk turunda “Feyenoord” üzərində səfər qələbəsini (4:0) şərh edib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunçularının yaxşı çıxış etdiyini bildirib:

“Oyunçularım yaxşı çıxış etdilər. “Bayer” səfər atmosferinə baxmayaraq, yetkin futbol nümayiş etdirdi.

Uşaqlar yaxşı iş gördülər. Bu turnirdə həmişə qol vurmaq lazımdır, həm də müdafiə olunmaq vacibdir.

Bu matçda hər şey bizim xeyrimizə oldu. Biz ləngiməməliyik”.

“Bayer” növbəti oyununu Almaniya Bundesliqasında “Volfsburq”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti