COP29

ÇL-də 4 qol vurdu, unikal nailiyyətə imza atdı - Harri Keyndən tarixi nəticə

20 Sentyabr 01:30 Çempionlar Liqası 347
ÇL-də 4 qol vurdu, unikal nailiyyətə imza atdı - Harri Keyndən tarixi nəticə

“Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə görüşdə (9:2) unikal nailiyyətə imza atıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Opta Analyst”in məlumatında bildirilib.

Sözügedən qarşılaşmada poker edən 31 yaşlı təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb.

Belə ki, Keyn həmin tarixdən sonra avrokubokların əsas raundunda bir matçda 4 qol vuran ilk ingilis futbolçu olub.

Keyn həm də “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub.

Keyn aktivində 30 qol olan Ueyn Runini geridə qoyaraq yeni rekordu müəyyənləşdirib.

Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən Münhen klubuna keçib. Trasfermarkt portalı futbolçunu 100 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti