COP29

“Mançester Siti” evdə “İnter”i qəbul edəcək - Çempionlar Liqasında bu gün

18 Sentyabr 15:20 Çempionlar Liqası 261
“Mançester Siti” evdə “İnter”i qəbul edəcək - Çempionlar Liqasında bu gün

2024/2025 mövsümdən yeni formatda keçirilən Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq.

Sportinfo.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri İngiltərədə keçiriləcək.

“Mançester Siti” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edəcək.

“Jirona” Fransada PSJ-nin qonağı olacaq. “Borussiya” (Dortmund) Belçikada “Brügge” ilə üz-üzə gələcək.

Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

18 sentyabr

I tur

20:45. “Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
20:45. “Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya)
23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) - Jirona (İspaniya)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!