COP29

“Şükür ki, əziyyətimiz yerdə qalmadı”

15 Sentyabr 19:25 Çempionlar Liqası 311
“Şükür ki, əziyyətimiz yerdə qalmadı”

Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı" vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, komandanın təcrübəli oyunçusu Rizvan Fərzəliyev çempionluğu belə şərh edib:

"Bundan əvvəl iki dəfə uğursuzluğumuz olmuşdu. Şansımız da gətirməmişdi.

Üçüncü dəfə Çempionlar Liqasına yollananda, hədəfimiz çempionluq idi. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı.

Bakıya kubokla qayıtdıq. Bizə dəstək olan, əziyyəti olanlara təşəkkür edirəm.

Varşavada azarkeş dəstəyinin olması da, böyük ruh yüksəkliyi verdi. Gələcəkdə də bu uğurun davamını gətirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!