COP29

Bu şəhər Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək?

4 Sentyabr 12:00 Çempionlar Liqası 329
Bu şəhər Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək?

İtaliyanın Milan şəhəri 2027-ci il Çempionlar Liqasının finalına ev sahibliyi etməkdən imtina edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliyanın ev sahibliyinə namizədlikdən sentyabr ayının sonuna qədər imtina etməsi gözlənilir.

Bu, 2026-cı ilin fevral ayında Qış Olimpiyadasının açılış mərasiminin keçiriləcəyi “San-Siro” stadionunun rekonstruksiyaya ehtiyacının olması ilə bağlıdır. Arena Milan şəhərində yerləşir.

Milan meri isə şəhərin infrastrukturasının inkişafına pul tapmaqda çətinlik çəkir.

“İnter” və “Milan” “San-Siro” stadionunu icarəyə götürüblər və ev oyunlarını burada keçirirlər. Klublar stadionun gələcəyi haqda hələlik qərar verə bilməyiblər.

2027-ci ilin Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər və stadion isə sentyabrın 24-ü açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti