COP29

Çempionlar Liqasında yarışacaq bütün klublar - SİYAHI

29 Avqust 03:40 Çempionlar Liqası 1 123
Çempionlar Liqasında yarışacaq bütün klublar - SİYAHI

Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas turnirinin bütün iştirakçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, turnirə vəsiqə qazanan ən son komandalar Zaqreb “Dinamo”su, Fransanın “Lill”, Serbiyanın “Srvena Zvezda” və Slovakiyanın “Slovan Bratislava” klubları olub.

İtaliya: “Atalanta”, “Bolonya”, “İnter”, “Yuventus”, “Milan”

Almaniya: “Borussia Dortmund”, “Bavariya”, “Leipziq”, “Leverkuzen”, “Ştutqart”

İngiltərə: “Arsenal, Aston Villa”, “Liverpul”, “Mançester Siti”

İspaniya: “Atletico Madrid”, “Barselona”, “Jirona, “Real Madrid”

Fransa: “Brest”, “Lill”, “Monako”, “Paris Saint-Germain”

Portuqaliya: “Benfika”, “Sportinq Lissabon”

Hollandiya: “Feyenord”, “PSV”

Avstriya: “Salzburq”, “Sturm Qraz”

Şotlandiya: “Seltik”

Belçika: “Brüg”

Ukrayna: “Şaxtyor”

Çexiya: “Sparta”

İsveçrə: “Yanq Boys”

Xorvatiya: “Dinamo Zaqreb”

Serbiya: “Srvena Zvezda”

Slovakiya: “Slovan Bratislava”

Bu gün keçiriləcək püşkatma mərasimində Çempionlar Liqasında yeni format tətbiq ediləcək. Püşkatmada 4 səbət olacaq və hər səbətdə 9 komanda yer alacaq.

36 komandanın iştirak edəcəyi püşkatmada komandalara hər səbətdən 2 rəqib çıxacaq. Hər klub yeni formatda 8 oyun keçirəcək - 4 ev, 4 səfər.

Yekunda xal sıralaması əsasında 1/8 finala yüksələnlər, pley-off oynayanlar və turnirlə vidalaşanlar məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi