Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qalatasaray” - “Younq Boyz” matçı (0:1) zamanı gərgin anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, oyunun 80-ci dəqiqəsində İsveçrə klubunun çalışdırıcısı oyuna əvəzetmə ilə müdaxilə edib.
Lakin Mikel Şaiva ve Ebrima Kolleyin meydanı ləng tərk etməsi “Qalatasaray” futbolçularını hiddətləndirib. Belə ki, türkiyəli futbolçular əvəz olunan futbolçuları meydandan özləri çıxarıblar.
Futbolçular meydandan çıxdıqdan sonra rəqib futbolçu və meydan sahiblərinin ehtiyat oyunçular skamyasından Kaan Ayhan arasında mübahisə yaşanıb. Hakim Kaana sarı vərəqə göstərib.
Sözügedən kadrları təqdim edirik: