COP29

“Qarabağ”ı yaxşı analiz etdikdən sonra…”- Qələbənin sirrini söylədi

28 Avqust 23:50 Çempionlar Liqası 494
“Qarabağ”ı yaxşı analiz etdikdən sonra…”- Qələbənin sirrini söylədi

"Dinamo" Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

"Komandamı təbrik edirəm. Rəqibi yaxşı analiz etdikdən sonra bunun sayəsində yaxşı nəticə göstərə bildik.

Müdafiəni yaxşı qurduq, əsasən də sağ cinahı. Ona görə keyfiyyətli oyun göstərdik.

Bəzi problemlərin olduğunu da gördük. Lakin ümumilikdə çox ciddi oyun göstərdik.

Oyunçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik".

Digər Xəbərlər
Xəbər Lenti