COP29

“Bakıya gedib "Qarabağ"la oynayacağıq və uğur qazanacağıq"

21 Avqust 20:20 Çempionlar Liqası 523
“Bakıya gedib "Qarabağ"la oynayacağıq və uğur qazanacağıq"

"Komanda yoldaşlarımın əzminə, səylərinə və bu gecə oynadıqları oyuna görə təşəkkürlər.

"Qarabağ"ın çətin rəqib olduğunu və burada bizə qarşı necə oynayacaqlarını bilirdik".

Sportinfo.az "sportske"yə istinadən xəbər verir ki, bu sözləri Zaqreb "Dİnamo"unun futbolçusu Petar Suşiç Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra deyib.

Xorvatiya millisinin üzvü ilk oyundakı 3:0 hesablı qələbəyə baxmyaraq, cavab matçının onlar üçün asan olmayacağını bildirib:

"Planımız reallaşdı, böyük üstünlük qazandıq, amma bilirik ki, heç nə bitməyib.

Ötən mövsümdəki oyunlarına əsasən bilirik ki, bizi "Qarabağ"la Bakıda çətin oyun gözləyir. Gedib oynayacağıq və uğur qazanacağıq".

"Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…