COP29

"Qarabağ" yaxşı oynayır, amma biz onların zəif cəhətlərindən istifadə etdik"

21 Avqust 09:00 Çempionlar Liqası 877
"Qarabağ" yaxşı oynayır, amma biz onların zəif cəhətlərindən istifadə etdik"

"Tamaşaçılar üçün fantastik oyun oldu, yaxşı mübarizə apardıq.

Bir daha təsdiq olundu ki, rəqib hücumu və müdafiəsi olan çox güclü komandadır.

Təzyiqimiz bir az azalan kimi onlar 6 oyunçu ilə bizim cərimə meydançasının qarşısında olurdular və ciddi şəkildə təzyiq edirdilər.

"Qarabağ" yaxşı oynayır, amma biz də onların zəif cəhətlərindən istifadə edirdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 3:0 hesablı qələbəni belə şərh edib:

"Əsas məqsəd ilk hissədə topu ələ keçirmək və bununla da üstünlük yaratmaq idi. 60-cı dəqiqədə dinamikanı itirdiyimiz üçün sistemi dəyişdik.

Əslində bundan sonra hədəfə çatmaq daha asan oldu. Vurduğumuz qollardan başqa daha iki-üç fürsətimiz oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədik.

Şübhəsiz ki, "Qarabağ" "Ludoqorets"dən daha yaxşı komandadır. Uzun müddətdir birlikdədirlər və görürsən ki, onların müəyyən oyun sistemi var.

Biz bilirdik ki, bu, bizə çətinlik yaradacaq, bəzi məqamlarda əziyyət çəkəcəyik. Müdafiədə bəzi kobud səhvlər etdik. Qapıçımız İvan Nevistiç yaxşı oynadı".

Baş məşqçi qeyd edib ki, cütün taleyi növbəti oyundan sonra bəlli olacaq:

"Ötən mövsümün təcrübəsindən öyrəndik ki, hər imkanından istifadə etməliəsən. Bu nəticəyə görə məmnunuq, lakin oyundan əvvəl də bilirdik ki, nəticə nə olursa olsun, bizi daha 90 dəqiqə gözləyir".

Yakiroviç zədələnərək meydana tərk edən komandanın aparıcı üzvü Stefan Ristovski haqda da danışıb:

"Onun zədələnməsi bizi bir qədər narahat etdi. Ristovski son vaxtlar çox yaxşı oynayır.

Qarşıdakı oyunda meydana çıxa bilsə, əla olardı. Çünki sürətli oyunçudur. Sabah durumunun necə olduğunu biləcəyik".

Baş məşqçi matçın hakim idarəçiliyi ilə bağlı da fikirlərini bildirib:

"Oyunun sonuna yaxın rəqib futbolçusu topa əli ilə toxundu. Cərimə meydançasında idi ya yox, bilmirəm.

Hakimlik yaxşı idi. Hətta bəzi anlarda müəyyən səhvlərə görə üzr istədilər".

"Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…