COP29

“Dinamo”nun hücumçusu: “Qarabağ”a hörmət edirik, amma gücümüzü və keyfiyyətimizi bilirik”

20 Avqust 19:20 Çempionlar Liqası 575
“Dinamo”nun hücumçusu: “Qarabağ”a hörmət edirik, amma gücümüzü və keyfiyyətimizi bilirik”

"Qarabağ" son dərəcə ciddi və cəlbedici komandadır.

Onlar hücum futbolu oynayırlar.

Biz bu rəqibə hörmət edirik, amma gücümüzü və keyfiyyətimizi bilirik. Qalib gəlmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun futbolçusu Sandro Kulenoviç Çempionlar Liqasının pley-off mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun haqda deyib.

Xorvatiyalı hücumçu komandasının yaxşı formada olduğunu bildirib:

"Mövsümə uğurlu başladıq, çoxlu qollar vururuq. Mənim üçün də mövsü yaxşı start götürdü.

Buna şadam. Neçə dəqiqə oynamağımdan asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram".

Bu gün keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…