COP29

“Qarabağ” “Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB

6 Avqust 21:58 Çempionlar Liqası 1 490
“Qarabağ” “Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar” 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

Cavab oyunu avqustun 13-də “Ludoqorets Arena”da keçiriləcək.

İlk oyun

6 avqust

20:00. "Qarabağ" – "Ludoqorets" (Bolqarıstan) 1:2

Qollar: Olavio Juninyo,65 - Dinis Almeyda, 55, Kayo Vidal, 86

Qırmızı vərəqə: Kayo Vidal, 89 (Ludoqorits)

"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Ludoqorets": 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah

Baş məşqçi: Georgi Dermençiyev

Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu

Digər Xəbərlər
Xəbər Lenti