COP29

“Qarabağ” bizə 4-5 top vuracaq, görərsiz” - BƏDBİNDİRLƏR

2 Avqust 20:00 Çempionlar Liqası 4 019
“Qarabağ” bizə 4-5 top vuracaq, görərsiz” - BƏDBİNDİRLƏR

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəldi.

Azərbaycan çempionu növbəti turda “Ludoqorets”lə üz-üzə gələcək.

Bolqarıstan təmsilçisi cavab qarşılaşmasında “Dinamo Minsk”ə 0:1 hesabı ilə məğlub olsa da, ilk oyundakı nəticəyə görə (2:0) mərhələni adlayan tərəf oldu.

“Ludoqorets”in azarkeşləri “Dinamo”ya yenilgidən sonra komandanın sərgilədiyi futbola etiraz edib, bu oyunla “Qarabağ” qarşısında biabır olacaqlarını yazıblar.

Klubun sosial media səhifələrindəki şərhlərdə “köhlən atlar”ın adı çəkilib:

“Çox zəif oynayırsınız. “Qarabağ” hər iki oyunu udacaq”.

“Qarabağ“ın önünə bu oyunla çıxacaqsınız? O zaman vay halımıza”.

“Qarabağ” bizə 4-5 top vuracaq, görərsiz. Hücum xətti dişsiz, müdafiə bərbad, məşqçi işi sıfır. Bu oyunla Çempionlar Liqasında uzağa getmək olmaz”.

“Ümid edirəm ki, “Qarabağ”la matçlarda bu səhvlər təkrarlanmayacaq. Onlar səhvi bağışlamırlar”.

“Mərhələni sürünə-sürünə keçirsiniz. Növbəti rəqib “Qarabağ”dır, xəbəriniz olsun”.

“Belə oynasanız, “Qarabağ” hər iki görüşdə qalib gələcək. Təxminimdə yanılmaq ümidi ilə”.

“Qarabağ” “Ludo”nu hər iki oyunda udacaq. Bu oyun fəlsəfəsi ilə çox uzağa getmək mümkün deyil. İlk görüşdə 2-3 top vuracaqlar bizə”.

“Qarabağ”la “Ludoqorets” arasındakı avqustun 6-da Bakıda keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək.

Cavab görüşü avqustun 13-də Bolqarıstanda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti