COP29

"Qarabağ"ın növbəti rəqibi bu gün məlum olacaq – Çempionlar Liqasında

31 İyul 18:20 Çempionlar Liqası 704
"Qarabağ"ın növbəti rəqibi bu gün məlum olacaq – Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatacaq.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın növbəti raunddakı rəqibi bəlli olacaq.

Belarusun "Dinamo" (Minsk) komandası Macarıstanda Bolqarıstan təmsilçisi "Ludoqorets"lə üz-üzə gələcək. Cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ötən həftə baş tutan ilk görüşdə bolqarlar qələbə qazanıblar - 2:0.

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

31 iyul

21:00. RFŞ (Latviya) - "Budo Qlimt" (Norveç)

İlk oyun - 0:4

21:15. "Midtülland" (Danimarka) - "Santa Koloma" (Andorra)

İlk oyun - 3:0

22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - FKSB (Rumıniya)

İlk oyun - 1:1

22:00. "Partizan" (Serbiya) - "Dinamo" (Kiyev, Ukrayna)

İlk oyun - 2:6

22:30. "Yaqelloniya" (Polşa) - "Panavezis" (Litva)

İlk oyun - 4:0

22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan)

İlk oyun - 0:2

23:00. "Boraya Banya-Luka" (Bosniya və Herseqovina) - PAOK (Yunanıstan)

İlk oyun - 2:3

30 iyul

20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 5:0

İlk oyun – 2:0

21:00. "Petrokub" (Moldova) – APOEL (Kipr) - 1:1

İlk oyun – 0:1

21:00. "Fənərbaxça" (Türkiyə) - "Luqano" (İsveçrə) - 2:1

İlk oyun - 4:3

21:00. "Sparta" (Praqa, Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 4:2

İlk oyun – 2:0

22:00. TNS (Uels) - "Ferentsvaroş" (Macarıstan) - 1:2

İlk oyun – 0:5

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Çelye” (Sloveniya) - 5:0

İlk oyun – 1:1

22:45. "Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) - 3:2

İlk oyun – 1:4

Digər Xəbərlər
Xəbər Lenti