“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Linkoln” Bakıya təxminən 40 nəfərlik heyətlə təşrif buyuracaq.
Nümayəndə heyəti yalnız klub və komanda üzvlərindən ibarət olacaq.
Bu, o deməkdir ki, Cəbəllütariqdən Bakıya qonaq azarkeş və jurnalistlər gəlməyəcək.
Qarşı tərəf öz azarkeşlərinə yer ayrılması üçün “köhlən atlar”a müraciət etməyib. Media mənsubları isə qeydiyyatdan keçməyib.
Cəbəllütariqdə keçirilən ilk görüş “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Avqustun 30-da baş tutacaq cavab oyunu saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ