empionlar Liqasının yarımfinalında keçirilən PSJ – “Borussiya” (Dortmund) matçını idarə edən hakim Daniele Orsato matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
Sportinfo.az xəbər verir ki, buna səbəb italiyalı referinin sonuncu dəfə ÇL-də matç idarə etməsi olub.
Belə ki, D.Orsato qitənin ən nüfuzlu turnirində bir daha idarəçilik etməyəcək.
Həmçinin 42 yaşlı referi Almaniyada keçiriləcək AÇ-2024-dən sonra hakimlik karyerasını başa vuracaq.