“Bayern”in “Arsenal”la qarşıdakı matçda iki vacib oyunçusundan istifadə etmək şansı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, səhhətlərində kiçik problemlər olan qapıçı Manuel Noyer və hücumçu Leroy Sane komandaya kömək edə biləcəklər.
Bu gün münhenlilər Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında “Arsenal”ı qəbul edəcək.
Sane və Noyer ilk oyunda iştirak etmişdilər, lakin onların cavab matçında iştirakları sual altında idi.
“Bayern” “Arsenal”la səfərdəki oyunda 2:2 hesablı heç-heçə edib.