“Real”ın yarımmüdafiəçisi Niko Paz Çempionlar Liqasında debüt qolunu şərh edib.
Sportinfo.az xəbər verir ki, gənc futbolçu az qala dəli olacağını deyib:
“Bu, mənim arzumdur! Nə etdiyimi bilmirdim. Sadəcə qapıya vurdum və top tora düşdü.
Mən az qala dəli olurdum. “Real” akademiyası dünyanın ən yaxşısı olmasa da, ən yaxşılarından biridir”.
“Kral klubu” Çempionlar Liqasının 5-ci turunda “Napoli”yə 4:2 hesabı ilə qalib gəlib.