COP29

"Çempionlar Liqasında fürsət olanda qol vurmalısan, biz çoxlu fürsətləri boşa verdik

30 Noyabr 2023 00:20 Çempionlar Liqası 252
"Çempionlar Liqasında fürsət olanda qol vurmalısan, biz çoxlu fürsətləri boşa verdik

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Nyukasl”la matçı (1:1) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, fransalı forvard işinin qol vurmaq olduğunu bildirib:

“Mənim işim qol vurmaq və komanda yoldaşlarıma kömək etməkdir. Bu oyunda komandaya daha yaxşı kömək edə bilərdim.

Çoxlu şanslarım oldu, amma daha çox qol vura bilmədim. Çempionlar Liqasında fürsət olanda qol vurmalısan. Biz çoxlu fürsətləri boşa verdik”.

PSJ F qrupunda 7 xalla 2-ci yerdədir. “Nyukasl” 5 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?