COP29

UEFA Azərbaycandan bu şəxsi ÇL-in finalına dəvət etdi

1 İyun 19:40 Çempionlar Liqası 7 205
UEFA Azərbaycandan bu şəxsi ÇL-in finalına dəvət etdi

Bu gün Çempionlar Liqasının final matçında “Real” ilə “Borussiya” üz-üzə gələcək.

Oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq. Turnirin ən titullu klubu “Real”dır.

Komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu yarışının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda həmin vaxt həlledici görüşdə İngiltərə “Liverpul”unu məğlub etmişdi - 1:0.

“Borussiya” isə 1997-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda İtaliya “Yuventus”unu üstələyib - 3:1.

2013-cü ildə də “Borussiya” finala çıxıb. Amma həlledici görüşdə Almaniya təmsilçisi “Bavariya”ya 1:2 hesabı ilə uduzub.

Bütün dünyanın gözü bu gecə Londonda olacaq. Ingiltərənin paytaxtına yollanan mötəbər qonaqlar arasında bir azərbaycanlı da var.

Bu, “Qarabağ”ın İdarə Heyətinin üzvü Asəf Əsgərovdur.

Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin üzvü UEFA-nın dəvəti ilə hazırda Böyük Britaniyada səfərdədir və VİP-lojadan matçı izləyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?