COP29

Azərbaycanın ən yaxşı klubu ÇL-də qrupa vəsiqə qazansa, bu qədər PUL ALACAQ

21 Avqust 00:40 Çempionlar Liqası 1 793
Azərbaycanın ən yaxşı klubu ÇL-də qrupa vəsiqə qazansa, bu qədər PUL ALACAQ

"Qarabağ" Çempionlar Liqasının pley-offunda "Dinamo"nu məğlub edib, liqa mərhələsinə yüksəlsə, 18.6 milyon avro qazanacaq.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində iştirak etməklə 4.29 milyon avro qazanacaq.

"Dinamo"nu mübarizədən kənarlaşdıracağı halda isə liqaya düşəcək və bu mərhələdə UEFA 18.6 milyon avro ödəyəcək.

Cari mövsüm Çempionlar Liqasında bu mərhələdə hər qələbəyə 2.1 milyon avro, heç-heçəyə isə 0.7 milyon avro verəcək.

Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 2 milyon avro, 9-16-cı yerlərin sahibi isə 1 milyon avro əldə edəcək.

Çempionlar Liqasının təsnifatında keçilən hər mərhələyə görə isə 175 min avro veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…