COP29

PROBLEM: AFFA ucuz bəhanələrlə çempionatı bərpa edə bilmir

17 Noyabr 16:30 Çempionlar Liqası 1 605
PROBLEM: AFFA ucuz bəhanələrlə çempionatı bərpa edə bilmir

Cari mövsümdə Gəncədə aşağı yaş qruplarından ibarət komandaların yarışları keçirilmir.

Şəhər stadionunda lazımi şərait olmadığından, məşqçi və futbolçu heyəti məşqləri, eləcə də oyunları boykot ediblər.

Söhbət 8-14 yaş aralığında nəzərdə tutulmuş 7 fərqli yaş qrupundan, 40-dan artıq komandadan və 20 məşqçidən gedir.

Yarışların təşkilinə və keçirilməsinə AFFA cavabdehlik daşıdığından, ötən ay məsələ ilə bağlı assosiasiyanın mətbnuat katibi Elnur Məmmədli ilə əlaqə saxladıqda problemin tezliklə həll olunacağına dair cavab almışdıq.

Üstündən bir ay vaxt keçməsinə baxmayaraq, çempionat hələ də barpa olunmayıb, yeniyetmələr futboldan uzaq düşüb.

AFFA-nın sözçüsünə eyni mövzu ilə bağlı təkrar müraciət etdikdə məlum oldu ki, stadionun təmirə bağlanması rəsmilərin işini çətinə salıb:

“Hər il yeni mövsümdən öncə AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin əməkdaşları müxtəlif bölgələrdə yerli komandalarla görüş keçirir və komandaların üzləşdiyi problemlər, təklif və şikayətlərini dinləyirlər.

Sentyabrın 9-da Gəncədə də belə bir görüş keçirilib. Komandaların əsas şikayəti paltardəyişmə otaqlarının az olması ilə bağlı idi. Paltardəyişmə otaqlarının sayı bundan sonra 4-ə çatdırıldı.

Lakin bu təklifdən sonra da məşqçilərin bir çoxu oradakı şəraitin onların istəklərinə uyğun olmadığını iddia edərək, Gəncə əvəzinə, Göygöldə oynamaq istədiklərini bildirdilər.

Gəncə zonasında iştirak edən komandaların hamısı bu şəhəri təmsil etdiyi üçün oyunlar Gəncə şəhər stadionunda təşkil olunur.

Bu komandaları Gəncədən Göygölə aparmaq üçün əlavə 20 km məsafə məsafə qət etməli olacaqlar.

Gəncə ilə Göygöl rayonu arasındakı yol sərt döngələrdən ibarətdir. Qış fəslində, soyuq və şaxtalı havaları nəzərə alsaq, bu, kifayət qədər təhlükəlidir.

Həm də qeyd edək ki, hazırda Gəncədə müasir stadion tikilir və bu arena 2025-ci ildə hazır olacaq. Ona görə də paltardəyişmə otaqları ilə bağlı məsələ müvəqqəti çətinlikdir”.

Elnur bəyin söylədikləri AFFA-nı sudan quru çıxarmaqdan başqa heç bir işə yaramır. Çempionatı keçirməli olan qurum AFFA-dırsa, orada çalışıb, maaş alanlar zəhmət çəkib problemi həll etməlidir.

Sərt döngə elə gəldi, stadionun təmiri belə getdi – bunlar ucuz bəhanələrdir. Göygöldəki sərt döngələr düzəlməyəcək, stadionun tikintisi isə Allah bilir nə vaxt başa çatacaq.

O boyda Gəncənin uşaq futbolu AFFA-da oturanların hansısa problemi həll edə bilməməsinə görə şikəst qalmalıdır?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?