
"Şamaxı"nın sabiq yarımmüdafiəçisi Giorgi Kantariya bugünlərfə özünə yeni komanda tapıb.
27 yaşlı gürcü Rusiya Birinci Liqasında çıxış edən “Sokol”a keçib. Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.
O, ötən ilin sonunda danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilinərək, “Şamaxı”dan uzaqlaşdırılıb. “Şirlər“ legioneri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bilindiyi kimi, Adil Nağıyev həmin hadisəyə görə futboldan ömürlük uzaqlaşdırılıb.
Müdafiəçinin “Zirə“ ilə ölkə kubokunun 1/8 final mərhələsinin oyununa pul qoyuluşu etməsi bəlli olub. Kapitan komandasının məğlubiyyətini “proqnozlaşdırıb“.
Kantariya da bu “iş“in içində yer alıb. Gürcüstanlı digər legionerləri də öz əməlinə ortaq etmək istəyib.
O, “Şamaxı“dan getsə də, Azərbaycandan getmək niyyətində olmayıb.
“Sokol“un düşərgəsinə yollanmamışdan əvvəl tanış futbolçular vasitəsilə “Kəpəz“ rəhbərliyi ilə əlaqə saxlayıb, 2022-2024-cü illər aralığında formasını geyindiyi komandaya dönməyi arzuladığını bildirib.
Gəncə təmsilçisinin rəsmiləri və baş məşqçi Azər Bağırov onlara öz xidmətini təklif edən yarımmüdafiəçiyə “lazım deyilsən“ cavabı verib.
SPORTİNFO.AZ