Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 6 matç keçirilib. Son Avropa Liqasının qalibi "Atalanta" "Arsenal"ı qəbul edib. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
"Barselona" səfərdə "Monako"ya uduzub, "Atletiko" evdə "Leyptsiq"ə qalib gəlib.
"Benfika" isə səfərdə "Srvena Zvezda"nı məğlub edib. Portuqaliya təmsilçisinin hər iki qolunu türkiyəli futbolçular vurub. Matçda Kerem Aktürkoğlu və Orkun Kökçü fərqlənib.
Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun oyunları oktyabrın 1-də başlayacaq.
20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya) - 1:2
Qollar: Milson, 86 - Aktürkoğlu, 9, Kökçü, 29
20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya) - 0:4
Qollar: Virtz, 5, 36, Qrimaldo, 30, Vellenreuter, 45-avtoqol.
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:0
23:00. "Atletiko" (İspaniya) - "Leypitsiq" (Almaniya) - 2:1
Qollar: Qrizmann, 28, Ximenez, 90 - Sesko, 4
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya) - 2:1
Qollar: Akliuçe, 16, İenixena, 71 - Yamal, 28
23:00. "Brest" (Fransa) - "Şturm (Avstriya) - 2:1
Qollar: Maqnetti, 23, Sima, 56 - Fernandeş, 45+1-avtoqol
18 sentyabr
"Bolonya" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 0:0
"Sparta" (Çexiya) - "Zalsburq" (Avstriya) - 3:0
"Seltik" (Şotlandiya) - "Slovan" (Slovakiya) - 5:1
"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0:3
"Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 0:0
PSJ (Fransa) - "Jirona" (İspaniya) - 1:0
17 sentyabr
"Yuventus" (İtaliya) – PSV (Niderland) - 3:1
"Yanq Boyz" (İsveçrə) – "Aston Villa" (İngiltərə) - 0:3
"Milan" (İtaliya) – "Liverpul" (İngiltərə) - 1:3
"Bavariya" (Almaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 9:2
"Real" (İspaniya) – "Ştutqart" (Almaniya) - 3:1
"Sportinq" (Portuqaliya) – "Lill" (Fransa) - 2:0