COP29

Bu komandalar II mərhələni keçdi - ÇL-də gecənin NƏTİCƏLƏRİ

1 Avqust 01:30 Çempionlar Liqası 1 617
Bu komandalar II mərhələni keçdi - ÇL-də gecənin NƏTİCƏLƏRİ

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə 7 cavab matçı keçirilib.

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ"ın 3-cü mərhələdəki rəqibi də müəyyənləşib.

Minsk "Dinamo"su "Ludoqorets"i (Bolqarıstan) qəbul edib. Belarus klublarına doğma vətəndə oynamaq qadağası tətbiq edildiyindən oyun neytral meydanda - Macarıstanın Mezyekyeveşd şəhərində keçirilib.

Cavab görüşündə "Dinamo" 1:0 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, ilk oyunda "Ludoqorets" 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayan tərəf olub.

Həmçinin "Budo Qlimt", "Midtülland", FKSB, "Dinamo" (Kiyev), "Yaqelloniya" və PAOK klubları da 3-cü təsnifat mərhələsinə yüksəliblər.

Dünən isə "Qarabağ"la yanaşı, "Fənərbaxça", APOEL, "Sparta", "Ferentsvaroş", “Slovan” və "Malmö" də növbəti mərhələyə adını yazdırıb.

21:00. RFŞ (Latviya) - "Budo Qlimt" (Norveç) - 1:3

Qollar: İkaunekis, 14 - Haue, 40-pen; Saltnes, 82, Hoq, 88

İlk oyun - 0:4

21:15. "Midtülland" (Danimarka) - "Santa Koloma" (Andorra) - 1:0

Qollar: Osorio, 72

Qırmızı vərəqə: Pablo Perez Laç, 48 (Santa Koloma")

İlk oyun - 3:0

22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - FKSB (Rumıniya) - 0:1

Qollar: Baten, 90

İlk oyun - 1:1

22:00. "Partizan" (Serbiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:3

Qollar: Yarmolenko, 17, Vanat, 68-pen; Karavaev, 90+3

İlk oyun - 2:6

22:30. "Yaqelloniya" (Polşa) - "Panavezis" (Litva) - 3:1

Qollar: Pululu, 12-pen; 69-pen; Beneta, 84-avtoqol - Qussias, 87

İlk oyun - 4:0

22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan) - 1:0

Qol: Baxar, 38

İlk oyun - 0:2

23:00. "Boraya Banya-Luka" (Bosniya və Herseqovina) - PAOK (Yunanıstan) - 0:1

Qol: Murq, 25

İlk oyun - 2:3

30 iyul

20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 5:0

İlk oyun – 2:0

21:00. "Petrokub" (Moldova) – APOEL (Kipr) - 1:1

İlk oyun – 0:1

21:00. "Fənərbaxça" (Türkiyə) - "Luqano" (İsveçrə) - 2:1

İlk oyun - 4:3

21:00. "Sparta" (Praqa, Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 4:2

İlk oyun – 2:0

22:00. TNS (Uels) - "Ferentsvaroş" (Macarıstan) - 1:2

İlk oyun – 0:5

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Çelye” (Sloveniya) - 5:0

İlk oyun – 1:1

22:45. "Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) - 3:2

İlk oyun – 1:4

Digər Xəbərlər
Xəbər Lenti