COP29

"Artıq hədəfim Olimpiyanın qızıl medalıdır" - VİDEO

2 Avqust 04:50 Boks 706
"Artıq hədəfim Olimpiyanın qızıl medalıdır" - VİDEO

“Döyüş çox gərgin və çətin alındı.

Bu döyüşün üçüncü raundu həlledici oldu və xüsusilə gərgin mübarizə şəraitində keçdi.

Sevinirəm ki, istəyimə çatdım və döyüşdən qalib ayrıldım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İTV-yə Azərbaycan boksçusu Alfonso Dominqes Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazandıqdan sonra müsahibəsində deyib.

İdmançımız bildirib ki, növbəti hədəfi qızıl medal qazanmaq və himnimizi Parisdə səsləndirməkdir:

“Artıq hədəfim Olimpiyanın qızıl medalıdır. Bu medalı qazanıb Azərbaycanın bayrağını ən zirvəyə qaldırmaq və dövlət himnimizi səsləndirmək istəyirəm.

Növbəti döyüşə artıq indidən hazıram. Motivasiyam çox yüksəkdir.

Yarımfinal döyüşündə də qələbə qazanıb finala yüksələrək qızıl medal qazanmağı çox istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti