"Yaxşı formada deyiləm"

08:40 Boks 194
"Yaxşı formada deyiləm"

“Bu, "Paris-2024" Yay Olimpiya Oyunlarından sonra ilk turnirimdir".

Sportinfo.az "Azərtac"a isinadən xəbər verir ki, bu sözləri "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.

O, yarışın yaxşı keçdiyini bildirib: "Təşkilatçılıq idealdır. Bakıya güclü idmançılar təşrif buyurublar. Bu cür yarışlar boksçuların formada qalmasına müsbət təsir edir".

92 kiloqram çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı Olimpiya Oyunlarından sonra yaxşı formada olmadığını söyləyib:

"Bu yarışdan sonra bir müddət istirahət etdim. Çalışıram ki, əvvəlki formama qayıdım və bokssevərlərə yaxşı görüşlər göstərim".

Yarışda 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar. Azərbaycan bu yarışda kişilər arasında 47, qadınlar arasında isə 11 boksçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti