GÖZƏL OLAY: Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpdü - VİDEO

18 Mart 14:20 Boks 256
GÖZƏL OLAY: Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpdü - VİDEO

Qadınlar arasında keçirilən boks üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, +81 kq çəki dərəcəsində çıxış edən boksçumuz Aynur Rzayeva 1/4 final mərhələsində Türkiyə təmsilçisi Elif Günerə məğlub olub.

37 yaşlı boksçu görüşün referisi tərəfindən qalib elan edildikdən sonra jest edib.

Elif Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpüb və idmançımızın əlini havaya qaldıraraq ona dəstək olub.

Güner bu qələbə sayəsində dünya çempionatının bürünc medalını təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi