“Neftçi”nin yumruqlarının qarşısında dayanan yoxdur - Onların sayına baxın!

19 Fevral 02:00 Boks 204
“Neftçi”nin yumruqlarının qarşısında dayanan yoxdur - Onların sayına baxın!

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Boks Mərkəzində təşkil edilən və altı gün davam edən turnirdə ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın heyətində 319 idmançı (280 oğlan, 39 qız) medallar uğrunda mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun yeniyetmə boksçuları böyük əzmkarlıq nümayiş etdirərək ölkə birinciliyinin 8 medalına (4 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar.

İdmançılardan Ayxan Həsənov (48 kq), Əli Camalzadə (52 kq), İsmayıl Vəliyev (80 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionluğunun sevincini yaşayıblar.

Aylin Nəzərova (48 kq) ilə Səma Hüseynova (57 kq) gümüş, Nihat Ağayev (60 kq) və Elgün Abbaslı (63 kq) isə bürünc medala layiq görülüblər.

“Neftçi” İdman Klubu komanda hesabında birinci yeri tutub. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

“Neftçi”nin daha bir üzvü iştirak etdiyi yarışın qalibi adını qazanıb.

Bakı Atletika Mərkəzində 2010-2011-ci il təvəllüdlü idmançılar arasında qapalı məkanda respublika birinciliyi keçirilib.

“Neftçi” İdman Klubunun atleti Bülbül Babayev hündürlüyə tullanma yarışında 1,7 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”