COP29

AÇ-də erməni rəqibini məğlub etdi - Azərbaycanlı Anaxanım

22 Aprel 21:40 Boks 546
AÇ-də erməni rəqibini məğlub etdi - Azərbaycanlı Anaxanım

Azərbaycan boksçusu Anaxanım İsmayılova (48 kq) Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Ermənistandan olan rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, milli üzvü 1/8 final döyüşünü uğurla başa vurub.

Anaxanım İsmayılova Lusine Gevorqyana 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də reallaşacaq.

Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!