COP29

Daha üç azərbaycanlı mərhələ adladı - Avropa birinciliyində

6 Aprel 00:10 Boks 769
Daha üç azərbaycanlı mərhələ adladı - Avropa birinciliyində

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısı ilk görüşünü qələbə ilə başa vurub.

48 kq-da Bilalhəbaşi Nəzərov Eris Sədullahla (Türkiyə) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb.

Nəzərov rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Skot Tompsonla qarşılaşacaq. Döyüş aprelin 11-də olacaq.

Onun uğurunu Ömər Aslanlı (54 kq) da təkrarlayıb. Yığma üzvü Aleksey Sarıoğlunu (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).

Aslanlı aprelin 9-da 1/8 final çərçivəsində fransalı Cemmal Mohamedlə üz-üzə gələcək.

İbrahim Zeynalov (63,5 kq) da ilk qarşılaşmasından qalib ayrılıb. Təmsilçimiz Sandro Spiçadan (Fransa) güclü olub.

Rəqibini 5:2 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Emmanuil Fotiadislə (Yunanıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş aprelin 9-na təsadüf edəcək.

Qeyd edək ki, yarışın ilk günündə Məhəmmədəli Qasımzadə (60 kq) də 1/8 finala vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!