Azərbaycan millisinin yarımmüdafiəşisi Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor" Türkiyə birinci liqasında 8-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Ümraniyespor"un qonağı olub.
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Coşqun Diniyev bu oyuna start heyətdə çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
"Bansırmaspor" turnir cədvəlində 12 xalla 8-ci yerdədir.
"Ümraniyespor" - "Bandırmaspor" 1:1
Qollar: Ekinsiyer, 62 (1:0), Payxao, 90+3 (1:1)