COP29

Bu suala cavab verdi - Tarixin ən yaxşı futbolçusu kimdir?

11 İyun 15:20 Dünya futbolu 869
Bu suala cavab verdi - Tarixin ən yaxşı futbolçusu kimdir?

“Atletiko”dan icarə əsasında “Barselona”da çıxış edən hücumçu Joao Feliks kimi futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı "The Nude Project”-ə açıqlamasında belə deyib:

“Tarixin ən yaxşı futbolçusu kimdir? Bu, Ronaldinyodur”.

Ronaldinyo “Barselona”, “Milan” və PSJ-də çıxış edib. O, Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub.

Braziliyalı sabiq yarımmüdafiəçi 2005-ci ildə “qızıl top”u qazanmaqla yanaşı, dünya çempionatının da qalibidir.

Bundan əlavə, o, iki dəfə FİFA-ya görə ən yaxşı futbolçu kimi tanınıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 11:00 "Qəbələ" yenə sevindi