Cəbhədə gedən döyüşlərdə şəhid olanlar arasında idmançımız da var.
Sportinfo.az xəbər verir ki, atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi - idmançımız Qeybiyev Arif vətən uğrunda şəhid olub.
Bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb. Federasiydan şəhid idmançımızın ailəsinə başsağlığı verilib.
Allah rəhmət eləsin!