COP29

Azərbaycanlı hakim avrokuboklarda oyun idarə etdi, sabiq "Qarabağ"lı sevindi

1 Avqust 02:30 Bizimkilər 765
Azərbaycanlı hakim avrokuboklarda oyun idarə etdi, sabiq "Qarabağ"lı sevindi

Azərbaycanın hakimlər briqadası Paduevoda Kosovonun “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda işləyib.

Sportinfo.az xəbər verir ki, baş hakim Kamal Umudlu, köməkçiləri isə laynsmenlər Namik Hüseynov və Vüsal Məmmədov, həmçinin dördüncü hakim Elçin Məsiyevin olduğu görüş “Drita”nın qələbəsi (1:0) ilə yekunlaşıb.

Matçın gedişində Umudlu 5 sarı vərəqə göstərib.

Kosovo klubunun baş məşqçisi “Qarabağ”da futbolçu olmuş Zekeriyye Ramadanidir. Növbəti mərhələyə də "Drita" adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti