COP29

Azərbaycan millisinin hücumçusunu hansı klub istəyir?

21 İyul 02:00 Bizimkilər 2 616
Azərbaycan millisinin hücumçusunu hansı klub istəyir?

Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün növbəti təklif gəlib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, azərbaycanlı hücumçunun xidmətində Xorvatiya klubları maraqlıdır.

Onlardan biri "Hayduk"dur (Split).

Ötən mövsüm Xorvatiya çempionatında "Dinamo" (Zaqreb) ilə çempionluq mübarizəsi aparmış, ancaq nəticədə üçüncü pilləni tutmuş klub Dadaşovu heyətinə qatmağı planlaşdırır.

Xorvatiya təmsilçisi bunun üçün “Qrasshopper”ə müraciət edib. Onlar maliyyə məsələlərində razılıq əldə olunarsa, Renatın keçidini tez bir zamanda həll etmək istəyir.

Məsələ burasındadır ki, bu klub ölkəsini Konfrans Liqasında təmsil edir. “Hayduk”un Konfrans Liqasının ikinci təsnifat mərhələsində “HB Torshavn”(Farer adaları) komandası ilə qarşılaşacaq.

Renatın “Qrasshopper”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Əlavə edək ki, “Hayduk”un baş məşqçisi İtaliya millisinin keçmiş futbolçusu Cennaro Qattuzodur. Xatırladaq ki, Renat ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?