COP29

Mahir Emreli bu gün II Bundesliqada debüt edəcəkmi? - Kloze deyir ki...

14 Sentyabr 12:40 Bizimkilər 1 021
Mahir Emreli bu gün II Bundesliqada debüt edəcəkmi? - Kloze deyir ki...

Bu gün Almaniya 2-ci bundesliqasında 5-ci turun daha 4 oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu “Nürnberq” səfərdə “Ulm 1846”ün qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bəs, Emreli bu görüşdə iştirak edə biləcəkmi?

Məlum olduğu kimi, 27 yaşlı futbolçu zədəsi səbəbindən hələlik “Nürnberq”də debüt edə bilməyib. Amma onun zədəsi artıq sağalmaq üzrədir.

Komandanın baş məşqçisi Miroslav Kloze keçirdiyi son mətbuat konfransında bildirib ki, onlar zədədən sağalan oyunçuların hamısının (Tim Handerverkerdən başqa) xidmətindən bugünkü görüşdə istifadə edə bilərlər.

Amma 46 yaşlı məşqçi onu da vurğulayıb ki, zədədən qayıdan həmin oyunçular ehtiyatda olacaq və 30 dəqiqədən artıq oynama vaxtı olmayacaq.

“Nürnberq”in saytı da yazır ki, beləliklə, Mahir Emreli oyun gününün iştirakçıları sırasında olmağa namizəddir, amma hələlik əsas heyət üçün düşünülmür.

Hazırda “Nürnberq” 4 oyundan 4 xalla 18 komanda arasında 13-cü yeri tutur. Onun bugünkü rəqibi “Ulm” isə 4 matçdan 1 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar