
Almaniya mətbuatı “Nürnberq”in yeni transferi Janis Antist haqda yazıb. Yerli həmkarlarımız fransalını Mahir Emrəli ilə müqayisə edib.
Sportindi.az xəbər verir ki, “CLUBFOKUS” portalı azərbaycanlı hücumçu barədə bunları qeyd eləyib:
"Nürnberq”də Antist üçün daha yaxşı bir başlanğıc təsəvvür etmək çətin olardı. O, meydana çıxdıqdan sonra cəmi iki oyun keçirib.
Qışdakı yeni transfer artıq bir qol və bir məhsuldar ötürməni rəsmiləşdirib. Bununla da Mahirin klubdan ayrılmaq ehtimalını insanlara unutdurdu.
Axı 55 dəqiqəlik oyun müddətində iki qol vuran Antist Emrelinin ikinci Bundesliqadakı performansının yarısına çatdı, ikinciyə nail olmaq üçün 1000 dəqiqədən çox vaxt lazım idi".