“Komandamla fəxr edirəm”.
Sportinfo,az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Nürnberq”in futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında yazıb.
“Hoffenhaym”a uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu dəstəyə görə azarkeşlərə təşəkkür edib:
“Baş verənlər haqqında çox danışa bilərik. Amma bu bizi heç yerə aparmır.
Final fitinədək hər şey etdik. Uğur qazanmaq üçün çox çalışacağıq”.
Mahir matçda komandasının yeganə qolunun müəllifi idi. Millimizin üzvü daha əvvəl də 2-ci Bundesliqanın 9-cu və 10-cu turunda rəqib qapısına yol tapıb.