
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 32-ci tur çərçivəsində öz meydanında "Esenier Erikspor"la qarşılaşıb.
Oyun 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Coşqun da bu görüşdə iştirak etməyib. O, bu matçı ehtiyat heyətdə keçirib.
Qeyd edək ki, "Çorum" turnir cədvəlində 47 xalla 7-ci yerdədir. "Esenier Erikspor" isə 45 xalla 10-cudur.
"Çorum" - "Esenier Erikspor" 3:3
Qollar: Yazqan, 23, 88; Akkaynak, 47 - Fernandes, 7, 32-pen; Kayode 13