Vüsal ehtiyatda qaldı, komandası Urfada uduzdu

6 Aprel 08:40 Bizimkilər 708
Vüsal ehtiyatda qaldı, komandası Urfada uduzdu

Türkiyə birinci liqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”un qonağı olub.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Vüsal əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticədən sonra “Boluspor” 45 xalla 10-cu yerdədir. 37 xala malik “Şanlıurfaspor” isə 20 komanda arasında 17-cidir.

“Şanlıurfaspor” - “Boluspor” 3:2
Qollar:
Safa Kınalı, 6 (1:0), Enes Alıc, 38 (1:1), Uchenna Ogundu, 45+1 (2:1), Hasan Acar, 55-pen., (3:1), Dean Lico, 77 (3:2)

Digər Xəbərlər
Xəbər Lenti
6 Aprel 11:30 Yalnız SƏN YOXSAN!
6 Aprel 11:05 Qorxaq olma!
6 Aprel 02:10 Heç düşərli olmadı