Böyük Qayıdış davam etdirilir: Suqovuşana gedirlər... FOTOLAR

6 Aprel 07:30 Bizimkilər 811
Böyük Qayıdış davam etdirilir: Suqovuşana gedirlər... FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülür.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Fotolar: AZƏRTAC








Digər Xəbərlər
Xəbər Lenti
6 Aprel 11:30 Yalnız SƏN YOXSAN!
6 Aprel 11:05 Qorxaq olma!
6 Aprel 02:10 Heç düşərli olmadı