COP29

“Bir də gözümü açıb gördüm ki...” - VİDEO

28 Dekabr 04:50 Bizimkilər 288
“Bir də gözümü açıb gördüm ki...” - VİDEO

Təyyarə qəzasından yaralı olaraq xilas edilən bələdçi Aydan Rəhimli son ana qədər həlak olan həmkarı Hökümə Əliyeva ilə danışdığını bildirib.

“Xəzər Xəbər”ə danışan stüardessanın sözlərinə görə, oksigen balonunun partlaması ilə bağlı məlumatlar tamamilə yanlışdır.

“Çünki elə olsaydı, heç birimiz sağ qala bilməzdik. Zülfüqar bəyə zərbə dəydikdən sonra ona yardım etdim. Biz birlikdə arxa hissəyə getdik. Hökümə xanım mənə zəng etdi. Biz daim, axıra kimi onunla danışdıq. Son iki dəqiqədə isə zənglər artıq kəsildi. O, qabaqda idi. Bir də gözümü açıb gördüm ki, Aktau işçiləri qapını açırlar. Soruşdum, “hardayıq?”, Aktauda olduğumuzu dedilər”, - deyə A. Rəhimli vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 18:00 Lənət olsun!
28 Dekabr 16:30 Çək və bizə göndər!