Xəbər verdiyimiz kimi, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş olan Əli və Xədicə Əlimirzəyevlər də həlak olublar.
Sudurobada tək yaşayan bacı-qardaş valideynlərini illər öncə itiriblər.
22 yaşlı Əli və ondan 3 yaş kiçik Xədicənin qohumları deyir ki, onlar xaricə gedərkən heç kimə deməyiblər, ölüm xəbərləri yayılanda məlumatları olub:
“Uşaqların burada, evdə olduğunu bilirdik. Kim bilirdi ki, onlar özbaşına çıxıb gedəcəklər? ”
Bacı və qardaşın təsərrüfatla, müxtəlif əl işləri hazırlamaqla dolandıqları bildirilir.
Onlar Qusar rayonunda dəfn ediləcək.
Daha ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə: