COP29

Uğrunda həlak olduqları Qaradağlıda dəfn edildilər - FOTOLAR

13 İyul 07:10 Bizimkilər 614
Uğrunda həlak olduqları Qaradağlıda dəfn edildilər - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər - Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.

APA xəbər verir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.

Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin cəsədlərinin qalıqları Xocavənd rayonunun Qaradağlı kəndində dəfn edilib.

Dəfndə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, Xocavənd ərazisində xidmət aparan hərbi qulluqçular və media nümayəndələri iştirak edib.

Dəfn hərbi orkestrin dövlət səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə icra olunub.

Sonra üçrəngli Azərbaycan bayraqları şəhidin doğmalarına təhvil verilib.



Azərbaycanda mərc oyunlarının yeganə qanuni elektron ünvanı "eTopaz"da bu gün də görüşlərin gedişi zamanı pul qoyuluşu edə bilərsiz.

“eTopaz”da günün futbol proqramına 107 qarşılaşma əlavə edilib. Bu oyunların 34-nə “canlı” mərc etmək mümkün olacaq.

Həmin matçların və digər qarşılaşmaların siyahısı, həmçinin əmsalları ilə www.etopaz.az elektron ünvanından məlumat əldə edə bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti