Yığmamızın legioner müdafiəçisi buna razı ola bilməz

13 Aprel 02:50 Bizimkilər 446
Yığmamızın legioner müdafiəçisi buna razı ola bilməz

Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Seul”la qarşılaşıb.

İlk hissədən sonra Krivotsyukun komandası 2:0 hesabı ilə öndə olsa da, fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri məğlubiyyətdən qaçıblar - 2:2.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətində yer alan 26 yaşlı müdafiəçi sonadək meydanda olub.

8 turdan sonra aktivində 17 xal olan “Daejeon” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Seul” isə 13 xalla dördüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!